“Qırğızıstandakı azərbaycanlılar üçün ciddi təhlükə yoxdur”
14 İyun 2010 Bazar Ertəsi 15:05
Elxan Poluxov: "İğtişaşların baş verdiyi ərazilərdə Azərbaycan vətəndaşları yoxdur".
Rəsmi Bakı iğtişaşların baş verdiyi Qırğızıstanda Azərbaycan vətəndaşlarının olmadığını nəzərə alaraq, hələlik Qırğızstana təyyarə göndərilməsinə ehtiyac görmür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov ANS-ə açıqlamasında bildirib ki, Qırğızıstanda iştişaşların baş verdiyi ərazilərdə Azərbaycan vətəndaşları üçün hələ ki, ciddi təhlükə yoxdur.

“Çünki onlar bu ərazilərdən uzaq yaşayırlar. Hər hansı zərurət olduğu təqdirdə isə rəsmi Bakı müvafiq addımlar atacaq", - deyə Elxan Poluxov deyib.

Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarov isə ANS-ə bildirib ki, Qırğızıstanın cənubunda baş verən toqquşmalarda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur: “Toqquşmaların baş verdiyi Oş və Cəlal-Abad vilayətlərində özbəklər və qırğızlar yaşayırlar. Azərbaycandan olan tələbələr isə ölkənin cənubunda deyil, digər ərazilərində yerləşən ali məktəblərdə təhsil alırlar ki, onların sayı da 25 nəfərdir”.

Səfirlik nümayəndəsi onlarla müntəzəm əlaqə saxlandığını da vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar