QİƏT ölkələri rəhbərləri Bakıdadırlar
18 Sentyabr 2009 Cümə 01:30
Toplantının yekunlarına dair Bakı bəyannaməsi qəbul ediləcək
Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv dövlətlərin fövqəladə hallar üzrə qurumları rəhbərlərinin toplantısı keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin internet səhifəsində yerləşdirilmiş məlumata görə, tədbirdə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya, Rusiya, Türkiyə, Ukraynanın, habelə müşahidəçi qismində digər dövlətlərin müvafiq qurumlarının nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
İclasda QİƏT regionunda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə digər məsələlər müzakirə olunacaq.
Tədbirin yekunlarına dair Bakı bəyannaməsi qəbul ediləcək.
DOSTLARINLA PAYLAŞ: