Qəzet vəjurnalların satışına məhdudiyyət götürüldü
24 İyun 2010 Cümə Axşamı 20:35
Nizami küçəsi və Fəvvarələr meydanında qəzet satışı bərpa olunub.
Paytaxtın Səbail rayonu ərazisində, Nizami küçəsində, Fəvvarələr meydanında, “Azərbaycan kinoteatrı”nın yanında qəzet və jurnalların stellaj vasitəsilə satılmasına qoyulan məhdudiyyət aradan qaldırılıb.

ANS PRESS-in məlumataına görə, bu gündən etibarən Bakı şəhər Ticarət Departamenti tərəfindən qəzet və jurnalların satışı üçün icazəsi olan şəxslərin fəaliyyətlərini davam etdirməsinə icazə verilib.

Qeyd edək ki, iyun ayının 1-dən etibarən paytaxtın mərkəzi küçələrində, əsasən də Səbail rayonunda aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq bir neçə yerdə qəzet və jurnalların stellaj vasitəsilə satılmasına Səbail rayon İcra Hakimiyyəti və Səbail rayon Polis İdarəsi tərəfindən məhdudiyyət tətbiq edilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar