Qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı yeni versiya
14 Oktyabr 2011 Cümə 15:33
Ekspertin fikrincə, Taliban silahlıları təyyarəni ABŞ hərbçilərini daşıyan təyyarə ilə səhv salıblar.
Rusiyanın aparıcı aviasiya ekspertlərindən biri, Rusiya Elmlər Akademiyasının üzvü Vladimir Yevseyev, iyul ayında Əfqanıstanda Azərbaycana məxsus “İL-76” təyyarəsinın vurulması ilə bağlı fikirlərini açıqlayıb.
Yevseyevin sözlərinə görə, çox güman ki, təyyarə "Stinger" raketi vasitəsilə vurulub. Bu raketlər isə regiona sovet-əfqan müharibəsi dövründə Amerika Birləşmiş Ştatları tərəfindən göndərilirdi.

Yevseyev Əfqanıstanda Azərbaycana məxsus təyyarənin vurulması zamanı hansı tip qurğudan istifadə edildiyini öyrənməyin mümkün olduğunu deyib:

“Texniki olaraq bu hücumun mümkün olduğunu söyləyə bilərəm. Amma Talibanın sırf Azərbaycan təyyarəsini vurmaq üçün fürsət gözlədiyini düşünmürəm. Hədəf yalnız hər hansı bır təyyarəyə hücum ola bilərdi. “İl-76” təyyarəsi də çox böyük olduğu üçün yəqin Taliban bu təyyarə ilə yeni ABŞ əsgərlərinin gətirildiyini düşünüb. Çünki, görünüşcə “İl” təyyarəsı ABŞ əsgərlərının daşınmasında istifadə edilən təyyarələrə çox bənzəyır”.

Ekspertin sözlərinə görə, bu hadisədə pilotların hər hansı səhvindən söhbət gedə bilməz. Azərbaycanda hava vasitələrinin texniki qulluğuna kifayət qədər diqqət yetirilir.

“Bu ölkə hava qəzalarının tez-tez baş verdiyi bir ölkə deyil. Mən bu təyyarənın raket sistemi ilə vurulduğunu düşünürəm. "Qara qutu"lardan alınacaq nəticələrin də bunu doğrulayacağından əminəm”, deyə ekspert bildirib.

Xatırladaq ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasından verilən məlumata görə, araşdırma komissiyasının sədrinin ilkin məlumatına görə, təyyarə qəzasının baş verməsində qeyri-qanuni qüvvənin müdaxilə ehtimalı yoxdur. Buna baxmayaraq hələ ki, ekspertiza davam edir və komissiya son nəticəni gözləyir.

Qəza nəticəsində 5-i Azərbaycan, 4-ü Özbəkistan vətəndaşı olmaqla 9 nəfər həlak olmuşdu. Həmin gün koalisiya qüvvələrinin ABŞ və Böyük Britaniya komandanlığının nümayəndəsi Tim Ceyms bildirdimişdi ki, təyyarə 3, 8 min metr yüksəklikdə dağa çırpılıb. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar