Qətər də Liviya üsyançılarının keçid hökumətini tanıdı
28 Mart 2011 Bazar Ertəsi 17:26
Bu ərəb ölkəsi üsyançıları rəsmi Liviya nümayəndələri kimi qəbul edib
Ərəb ölkəsi Qətər Müəmmar Qəddafi əleyhdarlarının formalaşdırdığı Milli Keçid Şurasını legitim Liviya hökuməti qismində tanıyıb. ANS PRESS BBC-yə istinadən verdiyi xəbərə görə, üsyançılar bəyan ediblər ki, onlar dünən Liviyanın şərqində hasil edilən neftin ixracında onlara kömək edəcəyinə dair razılıq əldə ediblər.
Qeyd edək ki, Qətər üsyançıları Liviyanın qanuni nümayəndələri kimi tanıyan ikinci dövlətdir. Martın 10-da analoji addımı Fransa atmışdı.
DOSTLARINLA PAYLAŞ: