Qəhrəmanlar unudulmur! - Mirələkbər İbrahimov
30 Sentyabr 2011 Cümə 10:33
Milli Qəhrəman Mirələkbər İbrahimov Füzuli rayonunun xeyli hissəsinin düşməndən azad edilməsində özünü bacarıqlı komandir kimi göstərib.
30 sentyabr Milli Qəhrəman Mirələkbər İbrahimovun doğum günüdür. Mirələkbər Mirələsgər oğlu İbrahimov 1961-ci il sentyabrın 30-da Qərbi Azərbaycanın Vedibasar mahalının Xalısa kəndində anadan olub, uşaq vaxtı ailəsi ilə birlikdə Bakıya köçüb. O, hərbi hazırlıq müəllimi olub, 1993-cü ildə 5-ci Yasamal taborunun komandiri kimi cəbhəyə yollanıb, Füzuli rayonun Alxanlı, Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub, 1994-cü ilin yanvar-mart aylarında Füzuli rayonunun xeyli hissəsinin düşməndən azad edilməsində özünü bacarıqlı komandir kimi göstərib, martın 5-də Qorqan kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1994-cü il sentyabrın 16-da ona Milli Qəhrəman adı verilib.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə işlədiyi 153 saylı orta məktəb onun adını daşıyır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar