Qəfil açılan atəş hərbçimizin ölümü ilə nəticələnib
09 Mart 2010 Çərşənbə Axşamı 16:40
Hadisə Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə baş verib
Bu gün Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyərək qətlə yetirib. APA-nın məlumatına görə, hadisə bu gün Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində baş verib.
Bakı şəhəri, Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Vasif Rasim oğlu Əliyevin əlindəki avtomat silahdan qəflətən açılan atəş onun əsgər yoldaşı, Göyçay rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Elçin Məmmədova dəyib. E. Məmmədov aldığı güllə yaralarından elə yerindəcə keçinib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev də faktı təsdiqləyib. Onun sözlərinə görə, artıq baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: