Qəddafininin oğlu müxalifət tərəfinə keçdi
25 Fevral 2011 Cümə 13:06
Seyf əl-Ərəb Benqazidə nümayişçilərə qoşulub
Liviya prezidenti Müəmmar Qəddafinin kiçik oğlu Seyf əl-Ərəb müxalifətin tərəfinə keçib. ANS PRESS-in məlumatına görə, bu barədə İranın “Press TV” telekanalı konkret mənbəyə istinad etmədəm xəbər yayıb.
Məlumata görə, liderin kiçik oğlu dünən kütləvi etirazları yatırmaq üçün atası tərəfindən göndərildiyi ölkənin şərqində yerləşən Benqazi şəhərində olarkən bu qərara gəlib. Bu xəbər hələ ki təsdiqlənməyib.
Telekanal mənbələrinin məlumatına görə, Cəmahiriyyə liderinin kiçik oğlu Seyf əl-Ərəb Qəddafi müxalifətçilərə bildirib ki, atası ölkədə baş verənlərə nəzarəti əlinə keçirə bilməyəcəyi təqdirdə özünə qəsd etməyi və ya Latın Amerikasına qaçmağı planlaşdırıb.
Qeyd edək ki, o, Qəddafinin birinci oğlundan fərlqi olaraq heç vaxt ölkədə ciddi siyasi fiqur kimi qəbul olunmayıb.
“Press TV” həmçinin məlumat verir ki, Seyf əl-Ərəb ordunun dəstəyindən istifadə edir və Liviyanın şərq rayonlarındakı silah anbarlarına çıxışı var.
DOSTLARINLA PAYLAŞ: