Qəddafinin qızı artıq BMT-nin səfiri deyil
24 Fevral 2011 Cümə Axşamı 02:01
BMT-nin İnkişaf Proqramı Aişə Qəddafini xoşməramlı səfirlikdən uzaqlaşdırdı
BMT-nin baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki, BMT-nin İnkişaf Proqramının Liviya lideri Müəmmər Qəddafinin xoşməramlı səfir olan qızı Aişə ilə müqaviləni pozduğunu açıqlayıb. Qəddafinin yeganə qızı 2009-cu ildə BMT-nin İnkişaf Proqramının QİÇS və qadınlara qarşı zorakılıqlara qarşı mübarizə layihələrində iştirak edirdi. “Hazırda Liviyada baş verənlər kontekstində BMT-nin İnkişaf Proqramı Aişə Qəddafi ilə müqaviləsini pozmaq barədə qərar qəbul edib”, - deyə BMT baş katibinin nümayəndəsi bildirib.

Martin Nesirki xatırladıb ki, BMT-nin xoşməramlı səfirləri maaş almırlar: “Onlar könüllü şəkildə vaxtlarını sərf edirlər və xeyriyyə səfərləri zamanı BMT-nin heç bir sənədindən istifadə etmirlər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar