Qəddafini Liviya mühakimə edəcək
29 Mart 2011 Çərşənbə Axşamı 04:09
Təslim olan Qəddafi tərəfdarları isə bağışlanacaq
Liviya prezidentinə qarşı başladılan hərəkatı idarə edən “Liviya Milli Müvəqqəti Şurası” Muammər Qəddafi barədə qərarını açıqlayıb. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, şuranın lideri Mustafa Abdulcəlil “France 2” telekanalına açıqlamasında əldə edəcəkləri qələbədən sonra Qəddafinin Liviyada mühakimə olunacağını deyib: “Təcili olaraq yüngül silahlara ehtiyacımız var. Əldə edəcəyimiz qələbədən sonra işlədiyi bütün cinayətrlərə görə, Qəddafini elə Livilayada mühakimə edəcəyik. Liviya xalqı bu diktatora qarşı çıxaraq öz seçimini edib. Biz azad, demokratik, insan hüquqları və siyasi çoxluğa hörmətlə yanaşan sistem yaratmağı hədəfləyirik”.

Qeyd edək ki, şura Qəddafini tərk edəcək bütün tərəfdarlarını bağışlamağı vəd edib. Şuranın sözçüsü Abdulhafiz Guqa Qəddafini tərk edən hər kəsin bağışlanacağına dair təminat verib.

Sirte şəhərinə 30 km məsafədə olduqlarını deyən Guqa Misrataya bu gün (dünən) humanitar yardım gətirən bir gəmi yaxınlaşdığını, bunun Avropaya aid yardım gəmisi olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar