Qəddafi Liviyaya hücumu dayandırmağa çağırır
29 Mart 2011 Çərşənbə Axşamı 14:10
O, Liviyaya qarşı hərbi əməliyyatı Hitlerin Avropaya hücumu ilə müqayisə edib
Liviya lideri Müəmmar Qəddafi NATO tərəfdaşlarını Liviyaya "varvar hücumu"nu dayandırmağa çağırıb. O bu barədə koalisiyaya daxil olan ölkə liderlərinə açıq məktubunda bildirib.
Qeyd edək ki, bu gün tərəfdaş ölkələrin liderləri Londona toplaşaraq, Liviyada hərbi əməliyyatın sonrakı inkişafını müzakirə edəcəklər.
BBC-nin məlumatına görə, Qəddafi məktubunda tərəfdaşları soyqırımı törətməkdə ittiham edib.
"Siz, Avropa ölkələri və ABŞ... Liviyaya qarşı Hitlerin Avropaya hücumunu və Böyük Britaniyanın bombalanmasını xatırladan iyrənc, varvar müharibəsi aparırsınız", deyə mktubda qeyd olunub.
DOSTLARINLA PAYLAŞ: