Qəddafi hərbçilərin rütbələrini qaldırdı
26 Mart 2011 Şənbə 11:49
Liviya lideri bu məqsədlə sərəncam imzalayıb
Liviya lideri Müəmmar Qəddafi ona sadiq olan bütün hərbçilərin rütbələrini qaldırıb. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Liviyanın dövlət telekanalı məlumat yayıb.

Məlumata görə, Qəddafi bu məqsədlə sərəncam imzalayıb. Sərəncam ordunun bütün növ hərbi xidmətçiləri və polis əməkdaşlarına şamil edilir. Lakin rütbələrin qaldırılması ilə birgə onların məvaciblərinin artırılacağı barədə heç bir məlumat verilmir.

Öz növbəsində Amerika komandanlığının yüksək çinli nümayəndəsi, vitse-admiral Uilyam Gortni əldə etdiyi məlumatlara istinadən edərək Müəmmar Qəddafinin könüllüləri müxalifət ilə mübarizə aparmaq məqsədi ilə silahlandırdığını bildirib:

“Əmin deyiləm ki, onlar həqiqətən də könüllülərdir. Həm də Qəddafinin nə qədər adam ətrafında toplaya bildiyi haqda məlumatım yoxdur. Bununla belə onun mülki əhaliyə müraciəti məni çox maraqlandırır”.

Gortni eyni zamanda birləmiş koalisiya qüvvələrinin Liviyada apardığı uğurlu hərbi əməliyyatı da diqqətə çatdırıb. Martın 20-23-də koalisiya qüvvələrinin zərbələri nəticəsində 114 nəfər həlak olub. Bundan başqa, 445 adam yaralanıb.

Xatırladaq ki, martın 19-da beş ölkənin (ABŞ, Fransa, Böyük Britaniya, Kanada və İtaliya) koalisiyası Liviya ərazisinə raket zərbələri endirməyə başlayıb. Sonradan koalisiyaya Qətər də qoşulub. Bu ölkənin hərbi təyyarəsi Liviyanın hava məkanına keşik çəkilməsində iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar