Qəddafi dövlət televiziyası ilə çıxış edib
22 Fevral 2011 Çərşənbə Axşamı 06:46
“Köpək xarici mətbuat işçilərinin xəbərlərini yalanlamaq üçün “Yaşıl Meydan”da toplanan gənclərlə görüşməyə gedəcəyəm”
Liviya prezidenti Müəmmər Qəddafi ölkəsini tərk etməsi barədə yayılan xəbərləri təkzib edib. Liviya dövlət telekanalında çıxış edərək xarici mətbuat nümayəndələri barədə kəskin ifadələr işlədən Qəddafi Tripolidə olduğunu isbat edəcəyini bildirib: “Venesuellada yox, Tripolidə olduğumu sübuta yetirmək və köpək xarici mətbuat nümayəndələrinin xəbərlərini yalanlamaq üçün “Yaşıl Meydan”da toplanan gənclərlə görüşməyə gedəcəyəm”.

Qeyd edək ki, Liviya dövlət telekanalı Qəddafini Bab əl Əziziyədə olan evindən əlində çətirlə çıxıb avtomobilə minərkən olan görüntülərini nümayiş etdirib.

Xatırladaq ki, İngiltərənin xarici işlər naziri Villiam Haque Liviya prezidenti Müəmmər Qəddafinin Latın Amerikası ölkəsi olan Venesuellaya getdiyini iddia etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar