Qəddafi: "Biz daha da zalım olacağıq"
24 Fevral 2011 Cümə Axşamı 19:56
Liviya lideri ikinci dəfə xalqa müraciət edib
Liviya lideri Müəmmar Qəddafi yenidən xalqa müraciət edib. Amma onun budəfəki müraciət telefon vasitəsilə baş tutub. Belə ki, Qəddafinin xalqa müraciət ediləcəyi haqda xəbər yayılan kimi Zaviyə şəhərində toqquşmalar baş verib. Hadisə nəticəsində ən azı 10 nəfər həlak olub.
Çıxışı zamanı telefonla xalqa səslənən Qəddafi bunları deyib: “Liviya hər kəsin qibtə etdiyi, örnək aldığı bir ölkədir. Baş verən bütün hadisələrin kökündə “Əl-Qaidə”nin əli var. Elə ABŞ-da həmin insanlarla əlbirdir. Ölkəmiz bu insanlardan təmizlənməlidir”.
Qəddafi ötən çıxışda olduğu kimi bu dəfə də nümayişçiləri narkotik maddə qəbul etməkdə ittiham edib. Onun sözlərinə görə, küçələrə çıxıb etiraz edən bu insanlar ancaq narkotik maddənin təsiri altında belə addımı ata bilər. O həmçinin Ben Ladenlə birləşənlərə də xəbərdarlıq edib.
Qəddafi ölkənin çətin vəziyyətdə olduğunu, bütün məktəb və bankların bağlandığını etiraf edib. O, liviyalılara səslənərək onları evlərinə geri dönməyə çağırıb: “Sizcə, Bin Laden ölənləri geri qaytara biləcək? 1000 nəfərin öldüyü Zaviyə bütün qəbilələrin paytaxtı hesab edilir. Bu üsyan davam etdikcə isə biz daha da zalım olacağıq”.
DOSTLARINLA PAYLAŞ: