Qəbələ RLS-ə dair Rusiya ilə danışıqlar aparan komissiyanın tərkibi açıqlanıb
12 Yanvar 2012 Cümə Axşamı 16:44
Hökumətin birinci baş nazirinin müavini Yaqub Eyyubov milli danışıqlar qrupuna başçılıq edir.
Azərbaycan Prezidenti İlham Əliyev sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının (“Daryal” informasiya-analitik mərkəz) statusu və icarə prinsipləri və istifadəsi haqqında danışıqlarda milli qrupun tərkibini müəyyən edib.
İ.Əliyevin sərəncamı Azərbaycan Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrinə 2011-ci il 30 dekabr tarixində yerləşdirilib.
Sərəncama əsasən, hökumətin birinci baş nazirinin müavini Yaqub Eyyubov milli danışıqlar qrupuna başçılıq edir. Qrupun tərkibinə həmçinin, müdafiə naziri Səfər Əbiyev, maliyyə naziri Samir Şərifov, Dövlət Torpaq və xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, xarici işlər nazirinin müavi Xələf Xələfov, daxili işlər nazirinin müavini Oruc Zalov, vergilər nazirinin müavini Saxir Məmmədxanov, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov, Milli Təhlükəsizlik Nazirliyinin baş idarəsinin rəisi Nizami Şirinov və Qəbələ rayonunun İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev daxildir.
Dövlət başçısı bu sərəncamda qrupa Qəbələ RLS-ın statusu, icarə prinsipləri və istifadə, məsələrini zamanında Rusiya ilə razılaşdırmağı tapşırıb
Qəbələdə RLS-in statusu, prinsipləri və itifadə şərtlərinə dair 10 il müddətinə razılaşma radiolokasiya stansiyası üçün informasiya-analitik mərkəz statusunu nəzərdə tutur və onu Azərbaycanın mülkiyyətinə aid edir. Rusiya hər il Azərbaycana RLS icarəsi üçün $7 mln. ödəməlidir. Qüvvədə olan müqaviləyə əsasən, icarənin müddəti 2012-ci ilin sonunda bitir.
DOSTLARINLA PAYLAŞ: