Qebele rayonunda güclü zelzele olub
04 Mart 2014 Çərşənbə Axşamı 09:52
Qebele rayonunda güclü zelzele baş verib. Yeraltı tekanların gücü 4 bala yaxın olub.
Azerbaycanda daha zelzele baş verib. AMEA Respublika Seysmoloji Xidmet Merkezinden ANS PRESS-e verilen melumata göre, zelzele martın 4-de saat 08:16: 14-de Qebeleden 11 km şimal-şerqde qeyde alınıb.
Zelzele episentrde 4 bala yaxın, yaxın yaşayış menteqelerinde 3 bala yaxın hiss olunub. Tikililerde dağıntı yoxdur.
Qeyd edek ki, öten gün de Qebele rayonunda zelzele olub. Zelzele Qebeleden 9 km şimal-şerqde qeyde alınıb. Zelzelenin gücü 3 bala yaxın hiss olunub. Maqnitudası 3,2 olan zelzele 7 km derinlikde baş verib.
Yeraltı tekanlardan sonra tikililerde dağıntı olmayıb.
DOSTLARINLA PAYLAŞ: