Qəbələ Konserv Zavodu Hədiyyə yağışı adlı kampaniyaya başlayıb
03 Noyabr 2011 Cümə Axşamı 13:50
Azərbaycanda “Gilan-Qəbələ Konserv Zavodu”nun 5 illiyi münasibətilə “Hədiyyə yağışı” adlı kampaniyaya start verilib.
Zavoddan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın bütün bölgələrində keçirilən kampaniyanın müddəti 1 noyabr 2011 ildən 1 aprel 2012 tarixinə qədərdir.

Kampaniyanın şərtlərinə uyğun olaraq hər 1 litrlik “Jalə”, “Zolotoy Sad” və ya “Natura” təbii şirələrini alan şəxsə şirələrin sayına uyğun olaraq skreç-kartlar verilir və bununla alıcı kampaniyada iştirak edir. Kampaniyanın iştirakçısı olmaq üçün istənilən 1 litrlik “Jalə”, “Zolotoy Sad” və ya “Natura” təbii şirəsini almaq kifayətdir. Bununla alıcı avtomatik olaraq “Hədiyyə Yağışı” kampaniyasının iştirakçısına çevrilir. Hər 1 litrlik şirəyə yalnız 1 skreç-kart verilir.

Kampaniyada iştirakın nəticəsini və uduş faktını müəyyən etmək üçün skreç-kartın arxa hissəsindəki qoruyucu qatı silmək lazımdır. Qalib uduşu dərhal və ya ən yaxın uduşların verilməsi mərkəzində əldə edə bilər. Alıcı uduşlu skreç-kartı məsul şəxsə təqdim etməklə hədiyyəsini ala bilər.

“Hədiyyə Yağışı” kampaniyası çərçivəsində 50000-dən artıq mükafat oynanılır. Onların arasında “KİA Sportage” avtomobili və Dubaya 2 nəfərlik səyahət paketləri, LCD-televizorlar, noutbuklar, 2000-den artıq “BlackBerry” və “Nokia” telefonları, həmçinin çoxsaylı məişət texnikası - fenlər, çaydanlar, mikrodalğalı sobalar, ütülər, tozsoranlar, tərəzilər, eləcə də əhali arasında böyük populyarlığa malik olan “Jalə” təbii şirələri var.

Qeyd edək ki, “Gilan-Qəbələ Konserv Zavodu” artıq 5 ildir Azərbaycan xalqını keyfiyyətli məhsullarla təmin edir və dünya bazarlarında ölkəmizi layiqli təmsil edir. Yeni texnologiyaların tətbiqi, təklif edilən meyvə şirələrinin assortimen¬ti¬nin daim genişlən¬di¬ril¬mə¬si, ən müasir avadanlıq üzərində işləmə “Jalə” şirələrini və bütövlüklə “Gilan-Qəbələ Konserv Zavodu”nun məhsullarının həmişə öndə olmasının səbəbləridir. “Jalə” marka¬sı¬nın ölkəmizdə və xaricdə qazandığı çoxsaylı mükafatları “Gilan-Qəbələ Konserv Zavodu”nun həqiqətən də keyfiyyətli və yüksək standartlara cavab verən məhsullar istehsal etdiyini bir daha sübut edir.

“Hədiyyə Yağışı” kampaniyası barədə əlavə məlumat almaq bütün mobil operatorlardan 012 977 nömrəsinə, sabit telefonlardan isə sadəcə 977 nömrəsinə zəng etmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar