Qazaxıstanla vizasız rejim barədə saziş təsdiqləndi
01 Fevral 2010 Bazar Ertəsi 21:50
Qazaxıstanla vizasız rejim barədə saziş təsdiqləndi. Ötən ilin oktyabrında imzalanan saziş bu gün Milli Məclisdə ratifikasiya olunub.
Bu gün Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” sazişi təsdiq edib.
Saziş iki dövlət və onların xalqları arasında dostluq münasibətlərinin inkişafını sürətləndirəcək, iqtisadi, ticarət, elmi texniki, mədəni və digər əlaqələrin güclənməsinə təkan verəcək, hər iki ölkənin vətəndaşlarının qarşılıqlı gediş-gəlişi şərtlərini maksimum dərəcədə sadələşdirəcək.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” saziş 2009-cu il oktyabrın 2-də Bakı şəhərində imzalanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: