Qazax rayonunda qanunsuz cəbbəxana aşkarlandı
06 Avqust 2014 Çərşənbə 14:29
Qazax rayonunun Ağköynək kəndinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb.
Qazax rayonunun Ağköynək kəndinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Qazax rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat nəticəsində Ağköynək kəndinin ərazisindən “TOZ 63” markalı, nömrəsiz “TOZ-8” markalı, lüləsi və qundağı kəsilmiş bir neçə tüfəng, 11 ədəd alışdırıcısız qumbara, 6 ədəd qumbara alışdırıcısı, 1 ədəd mərmi və 48 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Tapılan qanunsuz silah və sursat müsadirə olunub.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar