Qazax rayonu atəş altındadı
31 Oktyabr 2014 Cümə 10:54
Erməni silahlı bölmələri Qazax rayonu Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad, Novruzlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar