Qaz Odisseyası İstanbula çatdı
09 Sentyabr 2010 Cümə Axşamı 10:25
ARDNŞ-in Türkiyə nümayəndəliyinin İstanbuldakı yeni mərkəzi ofisində layihə iştirakçıları ilə görüş olub.
Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyə nümayəndəliyinin İstanbuldakı yeni mərkəzi ofisində “Yeni İpək Yolu – Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa Qaz Odisseyası” layihəsinin iştirakçıları ilə görüş olub. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycan qazının Avropa bazarlarına çıxarılması yolunda irəliləmək üçün bir araya gəlmiş Montana Universitetində təhsil alan amerikalı, azərbaycanlı, gürcü və türk tələbələrdən ibarət qrupun Azərbaycanın təbii qazı ilə doldurulmuş rəmzi konteyneri İstanbula çatdırmaq olub.

Görüşdə layihə iştirakçılarına SOCAR-ın Türkiyədəki fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, Montana Universitetində təhsil alan tələbələr tərəfindən rəmzi olaraq hazırlanmış qaz konteynerinin bundan sonra həyata keçiriləcək yeni əməkdaşlığın simvolu olacağı vurğulanıb. Görüşün sonunda Bakıda doldurulan rəmzi qaz konteyneri SOCAR-ın Türkiyə nümayəndəliyinin direktoru Seymur Ağayevə təqdim olunub.

Xatırladaq ki, layihə iştirakçılarına Montana Dövlət Universitetinin (ABŞ) professoru, jurnalist, “Azərbaycan gündəliyi”, “Gürcüstan gündəliyi” kitablarının, həmçinin, “Montanada muğam” filminin və “Bakı-Tbilisi-Ceyhan Neft Odisseyası”, “Yeni İpək Yolu – Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa Qaz Odisseyası” layihələrinin müəllifi Tomas S. Qoltz rəhbərlik edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar