QAT ermənilərin Azərbaycana səfərini pisləyib
10 Fevral 2011 Cümə Axşamı 15:25
"Bu siyasət ermənilərlə dostluq münasibətlərinin bərpa edilməsinə yönəlib"
Qarabağ Azadlıq Təşkilatı Bakıda keçirilən “Effektiv tərəfdaşlıq və idarəetmə üçün struktur dialoqu” adlı seminarda erməni nümayəndələrinin iştirakını, bu iştirakın təmin edilməsini Azərbaycanın milli maraqlarına zərbə kimi dəyərləndirib. ANS PRESS-in məlumatına görə, təşkilat bununla bağlı bəyanatda bildirilir ki, bu siyasət işğal faktının unutdurulmasına və ermənilərlə dostluq münasibətlərinin bərpa edilməsinə yönəlib.
"Qarabağ Azadlıq Təşkilatı hadisələri diqqətlə izləyir və ermənilərin gizli şəkildə Bakıya gətirilməsinin qarşısını almaq üçün təsirli vasitələr hazırlayır. Biz gec-tez bu “gizli əməliyyat”ın üstünü açacaq və ermənilərin Bakıya gətirilməsinə bir dəfəlik son qoyacağıq", deyə bəyanatda qeyd olunub.
DOSTLARINLA PAYLAŞ: