QAT Beynəlxalq Qızıl Xaç Komitəsinin qarşısında aksiya keçirib
07 İyul 2010 Çərşənbə 15:00
Azərbaycan Ordusunun giziri Mübariz İbrahimovun meyitinin geri qaytarılması tələb olunub.
Qarabağ Azadlıq Təşkilatı cəbhə xəttində baş verən son insident zamanı qəhrəmanlıqla həlak olmuş Azərbaycan Ordusunun giziri Mübariz İbrahimovun meyitinin geri qaytarılması tələbi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisinin və Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Aksiyada təşkilat üzvləri gizirin meyitinin hələ də təhvil verilməməsinin beynəlxalq qanunlara zidd olduğunu və tezliklə bu məsələnin həllini tələb ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu isə nazirliyin məsələ ilə məşğul olduğunu bildirib: "Mən sizə əminliklə deyirəm ki, Müdafiə Nazirliyinin rəhbərliyi, şəxsən nazir Səfər Əbiyev bu məsələnin üstünə çox ciddi düşüb və meyitin qaytarılması üçün əlindən gələn hər şeyi edir. Bəzi danışıqlar prosesində məsələləri qaldırır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ilə görüşündə də Mübariz İbarahimovun meyitinin qaytarılması məsələsini qaldırdı və bildirdi ki, bu, insanlıq və beynəlxalq hüquqa sığışmayan bir şeydir. Siz nigaran olmayın ki, biz bunun üstündə çalışmırıq. O bizim hamımızın övladıdır. O əsgər həm sizin, həm də bizim övladımızdır". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: