Qarsda Xocalı soyqırımı ilə bağlı seminar keçirilib
21 Fevral 2010 Bazar 20:10
"Yaxın tariximizin türk soyqırımı – Xocalı" adlı tədbirdə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə ətraflı məlumat verilib
Türkiyənin Qars şəhərindəki vilayət mədəniyyət və turizm şöbəsinin salonunda “Yaxın tariximizin türk soyqırımı – Xocalı” mövzusunda seminar keçirilib. Seminarda çıxış edən Naxçıvan Dövlət Universitetinin müəllimləri Həmzə Cəfərov və Emin Şıxəliyev, habelə Qars Qafqaz Universitetinin dosenti Mithat Durmuş XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağıq nəticələri barədə ətraflı məlumat verib.

Milliyətçi Hərakat Partiyasının parlamentdəki qrupunun sədr müavini Oktay Vural çıxışında bildirib ki, qardaş Azərbaycanın torpaqlarının 20 faizinin hələ də işğal altında olduğu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı bir şəraitdə Türkiyə Ermənistanla münasibətlərin normallaşmasına və sərhədlərin açılmasına izin verməyəcək. Ermənistanın sözdə “soyqırımı” iddialarından vaz keçmədiyini, Qarsı və Türkiyənin digər şərq vilayətlərini Qərbi Ermənistan kimi göstərdiyinin xatırladan millət vəkili bildirib ki, İsveçrədə imzalanmış və heç bir anlamı olmayan protokollar indidən “tarixin zibil qutusuna” atılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar