Qarabağla bağlı sənəd tezliklə imzalana bilər
02 İyun 2011 Cümə Axşamı 17:42
David Şahnazaryan: "Dovil bəyanatı digər əvvəlki analoji bəyanatlardan keyfiyyətcə fərqlənir".
Prezidentlərin Kazan görüşündə alınmasa belə, artıq növbəti görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair əsas prinsiplərin əks olunduğu sənəd imzalanacaq. Bundan sonra razılaşma ilə bağlı iş başlanıla bilər. Bunu Erməni Milli Konqresinin üzvü David Şahnazaryan deyib. O vurğulayıb ki, Dovil bəyanatı digər əvvəlki analoji bəyanatlardan keyfiyyətcə fərqlənir. Bu bəyanatla Ermənistan və Azərbaycana ciddi tələblərin irəli sürüldüyünü deyən Şahnazaryanın sözlərinə görə, sözügedən sənəddən məlum olur ki, artıq tərəflərin danışıqların uzadılmasına heç bir imkanı qalmayacaq.
“Həmsədr ölkələrin dövlət başçıları əmindir ki, Sarkisyanla bağlı heç bir problem olmayacaq. Həmçinin Azərbaycanla bağlı bunu demək olar. Buna baxmayaraq, bu bəyanatla həmsədr ölkələrin dövlət başçıları bir növ artıq vaxtın bitmək üzrə olduğunu izah etməyə çalışıblar. Bundan başqa, bu bəyanatın digər özəlliyi ondadır ki, burada hansısa dumanlı Madrid prinsiplərinə deyil, konkret olaraq Soçi görüşündə əldə olunan sənədə istinad edilib”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: