Qarabağda sülhməramlılar İranın razılığa ilə yerləşdiriləcək?
19 Fevral 2010 Cümə 17:55
İran Dağlıq Qarabağla ümumi sərhədlərə malik olduğu üçün sülhməramlı qüvvələrin tərkibi ilə bağlı mövqe və iradlarını bildirəcək
İranın Ermənistandakı səfiri Seyed Əli Saqayan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpa olunacağını istisna edib. Bu barədə o, bu gün İrəvanda keçirilən mətbuat konfransında bildirib. İranlı diplomat qeyd edib ki, rəsmi Tehran münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulmasına öz töhfəsini verməyə hazırdır.

Dağlıq Qarabağ ətrafındakı ərazilərdə sülhməramlı qüvvələrin yerləşdirilməsinin mümkünlüyü ilə bağlı İranın mövqeyini ifadə edən Saqayan vurğulayıb ki, bu ərazilərin taleyini münaqişə tərəfləri həll etməlidir.

Lakin bununla yanaşı, o qeyd edib ki, İran Dağlıq Qarabağla ümumi sərhədlərə malik olduğu üçün bu ərazilərdə yerləşdirilməsi müzakirə mövzusu olan sülhməramlı qüvvələrin tərkibi ilə bağlı mövqe və iradlarını bildirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar