Qarabağda ermənilərin müharibə fəryadı
06 Dekabr 2009 Bazar 00:25
Qarabağda ermənilərin müharibə fəryadı. Rəsmi Bakının müharibə bəyanatları Xankəndində təşvişə səbəb olub.
Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən erməni təşkilatları Dağlıq Qarabağ münaqişəsminin nizamlanması prinsipləri, danışıqların formatı və həmsədrlərin problemin həllinə baxışında dəyişiklik edilməsini istəyirlər. Xankəndidə yayılmış bəyanatda deyilir ki, münaqişənin həllində sıçrayışın əldə edilməsi şübhəlidir: “Çünki dialoq tam formatda davam etdirilmir, müzakirə olunan baza prinsipləri realist deyil, beynəlxalq vasitəçilər tərəfindən seçilmiş həll metodologiyası isə prosesdə ciddi irəliyəyişə səbəb ola bilməz”. Erməni ictimai təşkilatları hesab ekdirlər ki, ATƏT vasitəçiləri beynəlxalq siyasətdəki yeni tendensiyaların tətbiqi ilə digər həll variantları axtarmalıdırlar. Söhbət Kosovo, Cənubi Osetiya və Abxaziyadan gedir. Ermənilərin bəyan edirlər ki, heç kim onları Dağlıq Qarabağdan getməyə məcbur edə bilməz. İctimai təşkilatlar Ermənistan hakimiyyətini “Madrid prinsipləri”, danışıq formatı və vasitəçilərin münaqişənin həllinə yanaşmasına yenidən baxmağa çağırıblar.
Bəyanatda rəsmi Bakının müharibə bəyanatlarından qaynaqlanan fəryad da yer alıb: “Əgər Azərbaycan müharibəyə başlasa, heç kim ionun nəticəsinə və müddətinə təminat verə bilməz. Tərəflərin hərbi potensialını, canlı qüvvə və texnikasının sayını nəzərə alsaq, yeni müharibənin region üçün faciəli nəticələr verə biləcəyini düşünmək olar. Ona görə də beynəlxalq vasitəçilər münaqişənin həlli prinsiplərini axtarmaqla bərabər yeni müharibənin qarşısını almaq üçün tədbirlər də görməlidirlər”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: