Qarabağa kiber hücum
13 Avqust 2014 Çərşənbə 12:58
Anti-armenia Team haker qrupu separatçı Dağlıq Qarabağ respublikasına qarşı kiber hücum həyata keçirib.
Bu gün gecə saatlarında Azərbaycanın “Anti-armenia Team” haker qrupu separatçı “Dağlıq Qarabağ respublikası”na qarşı kiber hücum həyata keçirib.

ANS PRESS-in haker qrupunun mətbuat xidmətindən aldığı məlumata görə, hücum nəticəsində qondarma rejimin bir sıra nazirliklərinin rəsmi saytı sıradan çıxarılıb.

Sözügedən saytlarda haker qrupu tərəfindən hazırlanmış xüsusi foto yerləşdirilib. Fotoda son günlər cəbhə xəttində şəhid olan əsgərlərimizin adları və Ermənistan prezidenti Serj Sarkisyana ünvanlanmış müraciət yer alıb:

“Ey Sarkisyan!
Bu gün erməni diverstan diz çökür qəhrəmanımın, əsgərimin önündə. Az qalıb, sən də diz çökəcəksən Ali Baş Komandanımın, əsgərimin, zabitimin, Azərbaycan xalqının önündə!”.

Qeyd edək ki, sıradan çıxarılmış saytlarda Azərbaycan Respublikasının Dövlət Himni də səsləndirilib.

Sıradan çıxarılmış saytlar:
http://moh.nkr.am/ (Qondarma rejimin səhiyyə nazirliyi)
http://mnp.nkr.am/ (Qondarma rejimin ekologiya və təbii sərvətlər nazirliyi)
http://kashaman.moh.nkr.am/ (Qondarma rejimin ekologiya və təbii sərvətlər nazirliyi)

Mirror görüntüləri:
http://www.zone-h.org/mirror/id/22777316
http://www.zone-h.org/mirror/id/22777315
http://www.zone-h.org/mirror/id/22777317

Xatırladaq ki, eyni qrupun hakerləri tərəfindən bir neçə gün əvvəl də Ermənistan prezidentinin rəsmi saytı (president.am) başda olmaqla, bir sıra dövlət saytları dağıdılmışdı.



DOSTLARINLA PAYLAŞ:

oyunlar