Qarabağ ve etraf 7 rayon işğaldan azad edilecek
25 Fevral 2014 Çərşənbə Axşamı 12:18
Spiker Oqtay Esedov Xocalı soyqırımı qurbanlarının xatiresini yad ederken Qarabağ ve etraf 7 rayon işğaldan azad edilecek deyib.
Milli Meclisin növbeti iclası başlayıb. ANS PRESS-in melumatına göre, toplantı spiker Oqtay Esedov ve deputatların Xocalı soyqırımı qurbanlarının xatiresini bir deqiqelik sükutla qeyd etmesile başlayıb.

Spiker qeyd edib ki, heç bir cinayet cezasız qalmayacaq ve ölkemiz Dağlıq Qarabağ, elece de etraf 7 rayon işğaldan azad edecek.

İclasda “Xezer denizinin deniz etraf mühitinin mühafizesi haqqında" Çerçive Konvensiyasının Xezer denizinin quruda yerleşen menbelerden ve quruda heyata keçirilen fealiyyet neticesinde çirklenmeden mühafizesi haqqında” Protokolunun tesdiq edilmesi barede qanun layihesi müzakire olunacaq. İclasda, hemçinin “Azerbaycan Respublikası Hökumeti ve Almaniya Federativ Respublikası Hökumeti arasında maliyye emekdaşlığı haqqında” Saziş (2008-2012-ci illerde razılaşdırılmış layiheler üzre) tesdiq edilecek.



DOSTLARINLA PAYLAŞ:

oyunlar