Qarabağ üzrə danışıqlar əldə olunacaq əsasda aparılacaq
01 Dekabr 2010 Çərşənbə 11:30
Almaniya kansleri ATƏT-in sammitində çıxışında belə deyib
Almaniya Federativ Respublikasının kansleri Angela Merkel Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏ) məsuliyyət zonasına daxil olan yubadılmış münaqişələrin həllini fəallaşdırmağa çağırıb. ANS PRESS-in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya kansleri Astanada keçirilən ATƏT sammitində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

O bildirib ki, bundan sonra Qarabağ münaqişəsi üzrə daqışıqlar prosesində irəliləyiş Astanada əldə olunacaq məsələlər əsasında davam etdirilməlidir.

“Dağlıq Qarabağ və Minsk qrupuna gəldikdə isə, gələcəkdə bu istiqamətdə irəliləyiş burada əldə olunacaq məqamlara əsasən davam etdirilməlidir”, - deyə o bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar