Qarabağ problemi həll olmadan Türkiyə-Ermənistan sərhəddi açılmayacaq
05 Fevral 2010 Cümə 06:45
Hulusi Kılıç: “Biz Ermənistanla əlaqələri normallaşdırmaq istəsək də sərhəddin bağlanması səbəbləri aradan qaldırılmalıdır”
“Ermənistan konstitusiya məhkəməsinin Türkiyə ilə arasındakı protokollarla bağlı verdiyi qərar sənədi heçə çıxarır. Onların mətni əvvəldən bəllidir və heç bir düzəliş edilə bilməz”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc ANS-ə müsahibəsində bildirib. O bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın maraqları istiqamətində həllini tapandan sonra bu protokollar qüvvəyə minə bilər.

“Biz istərdik ki, Türkiyə Ermənistan protokollarının qüvvəyə minməsindən əvvəl Dağlıq Qarabağ münaqişəsi tam şəkildə öz həllini tapsın. Dünya birliyi bir şeyi anlamalıdır ki, münaqişə həll olunmadan protokollar səsə qoyulmayacaq və Türkiyə Ermənistan sərhədləri açılmayacaq. Əgər Qafqazda geniş bir sülh istəyiriksə, sərhədlərin açılması və münaqişənin həlli paralel şəkildə getməlidir. Azərbaycan torpaqları işğal altındadır və bir tərəfdə əziyyət çəkən köçkünlər var. Biz Ermənistanla əlaqələri normallaşdırmaq istəyirik. Lakin bunun üçün sərhəddin bağlanması səbəbləri aradan qaldırılmalıdır. 1993-cü ildən qapılar bağlıdır. Bu işğal davam etdiyinə görə sərhədlər açılmayacaq. Dağlıq Qarabağ münaqişəsi sonra digər məsələlər də həllini tapa bilər”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar