Qarabağ problemi ATƏT PA-nın qış sessiyasının gündəliyinə salınmadı
18 Fevral 2011 Cümə 22:48
Bahar Muradova bununla bağlı Azərbaycanın narazılığını qurum rəhbərliyinin diqqətinə çatdırıb.
Dağlıq Qarabağ problemi xüsusi məsələ kimi fevralın 24-25-də ATƏT Parlament Assambeyasının qış sessiyasının gündəliyinə bu dəfə də daxil edilməyib. Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bununla bağlı Azərbaycanın narazılığını qurum rəhbərliyinin diqqətinə çatdırıb.
“Xüsusi olaraq Qarabağ probleminin müzakirəsi bu sessiyanın gündəliyinə daxil edilməyib. Amma vəziyyət, regionda gedən proseslər, görüşlər bizi vadar edir ki, ATƏT-in bir mövqeyi olsun. Faktaraşdırıcı missiyanın hesabatının açıqlanması və ya açıqlanmayacağı ilə bağlı, ümumiyyətlə, orada nələr baş verir- bütün bunlarla bağlı bizim suallarımız olacaq”,- deyə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: