Qarabağ nizamlanması ilə bağlı hesabat hazırlanacaq
17 Mart 2011 Cümə Axşamı 22:33
Həmsədrlər Minsk qrupuna üzv ölkələrin nümayəndələrinə münaqişənin həlli istiqamətində vəziyyətə dair hesabat verəcək.
Həmsədrləri gələn həftə Vyanada Minsk qrupuna üzv ölkələrin nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vəziyyətə dair hesabat təqdim edəcək. Bunu Xankəndində səfərdə olan fransalı həmsədr Bernar Fasye deyib.
Tərəflərlə son insidentlər və təmas xəttindəki hazırkı vəziyyət, eləcə də hər iki tərəfdən itkiləri minimuma endirməyin mümkünlüyünü müzakirə etdiklərini deyən diplomat münaqişənin nizamlanmasında sıx işlədiklərini bəyan edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: