Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri açıqlandı
05 Mart 2014 Çərşənbə 11:23
Ceyms Uorlik: Bu prinsiplər güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir.
"İsveçin Bakı və İrəvanda səfirliklərinin açılması haqqında qərarından çox şad oldum".

ANS PRESS-in məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz rəsmi Twitter səhifəsində yazıb. O qeyd edib ki, Avropa və ABŞ Cənubi Qafqazda sülh və firavanlığa can atır.

Həmsədr həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinin üç əsas prinsipini açıqlayıb. Bu prinsiplər güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir:

"ABŞ Rusiya və Fransa ilə birgə Dağlıq Qarabağ münaqişəsinin güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında həlli üzərində işləməyə davam edir"


DOSTLARINLA PAYLAŞ:

oyunlar