Qarabağ münaqişəsinin başlamasından 25 il ötür
20 Fevral 2013 Çərşənbə 06:08
1988-ci ilin bu günü Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında qərar qəbul edilib.
1988 - ci ilin bu günü Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatların qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub. DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Bu hadisə Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar