Qarabağ münaqişəsi NATO PA-da müzakirə oluna bilər
04 Sentyabr 2010 Şənbə 15:35
Ziyafət Əsgərov belə bir açıqlama ilə çıxış edib.
NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıla bilər. Bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov məlumat verib.
“Bilirsiniz ki, yaz sessiyasında Latviya və NATO Parlament Assambleyasının prezidenti cənab Con Taylerlə bizim bir saata qədər görüşümüz oldu. 1993-cü ildən bu yana Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı nə sənəd qəbul olunubsa, hansı səviyyədə qəbul olunubsa hamsını ona təqdim etdik və o bizə söz verdi ki, bu məsələni payız sesiyasında NATO Parlament Assambleyasında qaldırmaq fikrindədir. Yəqin sizin mətbuatdan yəqin məlumatınız var, Ermənistanda bunu çox böyük narahatçılıqla qəbul etdilər. Onlar da cavab verdilər ki, NATO-da qəbul edilən qərarlar assambleyada hansısa dövlətin razılığı ilə qəbul edilmir. Necə ola bilər ki, BMT Təhlükəsizlik Şurası, BMT-nin Baş Assambleyası, Avropa Şurası və Avropa İttifaqı münasibət bildirsin? Hesab edirəm ki, NATO da, bir nüfuzlu hərbi siyasi təşkilat kimi bu məsələyə öz münasibətini bildirməlidir”, - deyə Ziyafət Əsgərov vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: