Qarabağ münaqişəsi Davosda müzakirə edilib
27 Yanvar 2011 Cümə Axşamı 21:20
İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti ilə görüşüb.
Davosda prezident İlham Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti xanım Mişelin Kalmi Reyin görüşü olub. İsveçrə prezidenti xanım Mişelin Kalmi Rey Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın ölkəsi üçün önəmini qeyd edib. O, İsveçrənin Azərbaycanın müvafiq qurumları ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayaraq, Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu bildirib. Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, xanım Mişelin Kalmi Rey “Cənub dəhlizi”nin inkişafında Azərbaycanın rolunu xüsusi vurğulayaraq, İsveçrənin Trans-Adriatik boru kəmərinə maraq göstərdiyini və bu layihəni dəstəklədiklərini diqqətə çatdırıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı Azərbaycanın “Cənub dəhlizi”nə daxil olan layihələrə, o cümlədən Trans-Adriatik boru kəməri layihəsinə də dəstək verdiyini deyib.

Azərbaycan prezidenti İlham Əliyev enerji sahəsində Avropa İttifaqı ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib və İsveçrənin “Cənub dəhlizi” layihələrinə maraq göstərməsindən razılığını bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar