Qarabağ münaqişəsi beynəlxalq hüquq və prinsiplər əsasında həll olunmalıdır
10 Avqust 2009 Bazar Ertəsi 18:40
Qarabağ münaqişəsi beynəlxalq hüquq və prinsiplər əsasında həll olunmalıdır. Latviya prezidenti hesab edir ki, bu məsələdə tələsmək olmaz.

 

Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və prinsipləri çərçivəsində sülh yolu ilə həll olunmalıdır. ANS PRESS-in AzTV-yə istinadən verdiyi xəbərə görə, bunu Bakıda səfərdə olan Latviya prezidenti Valdis Zatlers deyib. Onun sözlərinə görə, münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur və problemin həlli istiqamətində müafiq addımlar atılır.

"Bu məsələdə tələsmək olmaz. Biz diqqətli və ehtiyatlı olmalıyıq. Biz danışıqların nəticəsiz başa çatmasını istəməzdik", - deyə Zatlers Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında vurğulayıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar