Qarabağ münaqişəsi asanlıqla həll olunmayacaq
14 Avqust 2010 Şənbə 12:05
ATƏT-in fəaliyyətdə olan sədri belə bir bəyanatla çıxış edib.
“Cənubi Qafqaz ərazisində mövcud münaqişələrin həlli işində dialoq üçün maksimum səy göstərmək vacibdir”. Bu bəyanatla yerli KİV nümayəndələrinə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev çıxış edib.
“Biz ATƏT-in həmsədr ölkəsi kimi bütün postsovet məkanında mövcud olan yubadılmış münaqişələrin nizamlanması işində çox səy göstərmişik. Dnestryanı, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyanın Gürcüstan ilə qarşıdurması - bütün bu münaqişələr asanlıqla həll olunmayacaq, o ki qaldı bir illik sədrlik dövründə”, - deyə Saudabayev bildirib.
O həmçinin əmin edib ki, Qazaxıstan bu istiqamətdə fəaliyyətini davam etdirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: