Qarabağ danışıqlarının yekunu olaraq birgə bəyannamə imzalanıb
05 Mart 2011 Şənbə 19:01
Prezidentlər qısa zamanda hərbi əsirlərin dəyişdirilməsinin başa çatdırılmasına dair razılığa gəlibldər.
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Ermənistan-Azərbayccan münaqişəsinin həlli ilə bağlı bu gün Soçidə keçirilən danışıqlarının yekunu olaraq birgə bəyannamə imzalayıblar.

Qəbul edilmiş sənəddə qeyd olunub ki, tərəflər ötən ilin oktyabrın 27-də Həştərxanda qəbul olunmuş üçtərəfli bəyanatın praktiki icrası məsələlərini nəzərdən keçiriblər. Dövlət başçıları xüsusilə qısa müddət ərzində hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılmasına dair razılığa gəliblər.

Bundan başqa, sənəddə tərəflərin bütün mübahisəli məsələlərin sülh yolu ilə həlli və təmas xəttində baş verə biləcək mümkün insidentlərin ATƏT sədrinin xüsusi nümayəndəsinin dəstəyi ilə ATƏT-in Minsk qrupunun egidası altında araşdırılmasının tərəfdarı olduğu vurğulanır: “Prezidentlər Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələlərinə dair öz mütəmadi görüşlərinin əhəmiyyətinin vacibliyini vurğulayıb və bunun ATƏT-in Minsk Qrupu həmsədrlərinin apardığı işə əlavə olaraq bu formatda davam etdirilməsi üzrə razılığa gəliblər”.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar