Qarabağ 1993-cü ildə qaytarıla bilərdi
17 Oktyabr 2009 Şənbə 22:55
Rəcəb Tayyip Ərdoğan maraqlı açıqlama verib: Qarabağ hələ 1993-cü ildə qaytarıla bilərdi.
Hələ 16 il bundan öncə, yəni 1993-cü ildə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsini həll etməyə və Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail olmağa hazır imiş. Türkiyənin “Milliyet” qəzeti yazdığına görə, bunu ölkənin müxalifyönlü Milli Hərəkat Partiyasının hakimiyyətə tənqidlərindən danışan baş nazir Rəcəb Tayyip Ərdoğan xatırlatma verib.
Ərdoğan partiyanın hazırkı lideri Dövlet Baxçelinin nəzərinə çatdırıb ki, onların lideri Alparslan Turkeş 1993-cü ildə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş zamanı Qarabağ problnmi və erməni-türk münasibətlərini müzakirə edib.
Türkiyə qəzetinin məlumatına görə, Turkeş 1993-cü ildə Ter-Petrosyanla görüşüb və bu şərtləri irəli sürüb:
- atəşkəs razılaşmasının əldə olunması
- Ermənistan qoşunlarının Azərbaycanın işğal olumuş ərazilərindən çıxarılması
- hər iki respublika tərəfindən sərhədlərin qarşılıqlı şəkildə tanınması və münasibətlərin bərpa olunması
- Laçın dəhlizinin açılması və orada sülhməramlı kontingentin yerləşdirilməsi
Turkeş bu danışıqları Azərbaycan tərəfini məlumatlandıraraq aparıb. Münaqişə həllinə yaxın olub, lakin Turkeşin vəfatı bu danışıqlara sonadək aparmağa imkan verməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: