Qalmaqal prezidenti istefaya məcbur etdi
02 Aprel 2012 Bazar Ertəsi 17:55
Pal Şmit: "Təəssüf ki, mən fikir ayrılıqlarının simvoluna çevrildim"
Macarıstan prezidenti Pal Şmit istefa verdiyini açıqlayıb. İstefaya səbəb kimi Pal Şmitin doktorluq dissertasiyasını yazarkən plagiata yol verdiyi ittihamları ilə əlaqədar elmi dərəcəsinin əlindən alınması göstərilir. «Konstitusiyaya görə, prezident macar xalqının birliyini simvolizə etməlidir. Təəssüf ki, mən fikir ayrılıqlarının simvoluna çevrildim. Düşünürəm ki, səlahiyyətlərimi təhvil vermək mənim borcumdur», - deyə Macarıstan prezidenti Pal Şmit vurğulayıb.
Qeyd edək ki, Macarıstan prezidenti martın 30-da yerli telekanallardan birinə müsahibəsində ittihamlara baxmayaraq, öz vəzifəsindən getməyəcəyini bəyan etmişdi. Pal Şmit 2010-cu ildə parlamentdə səsvermə nəticəsində prezident seçilmişdi.
DOSTLARINLA PAYLAŞ: