Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun fəaliyyətinin gücləndirilməsinə 1 milyon manat ayrılıb
22 Dekabr 2011 Cümə Axşamı 19:58
Azərbaycan prezidenti “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun maddi-texniki bazasının gücləndirilməsi, ərazinin mühafizəsi, turizmin inkişafı məqsədi ilə yeni obyektlərin, xidmət sahələrinin və yardımçı təsərrüfatların yaradılması, təbii landşaftın bərpası, tarix və mədəniyyət abidələrində bərpa-konservasiya və istifadəyə uyğunlaşdırma işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar