Qahirənin mərkəzində gərginlik artır
11 Fevral 2011 Cümə 03:40
“Təhrir” meydanında Prezident Sarayına yüşün tələbləri eşidilir
Misir paytaxtı Qahirədəki “Təhrir” meydanına prezident Hüsnü Mübarəkin çoxdan gözlənilən istefa bəyanatını eşitmək üçün toplaşan yüz minlərlə adam Misir liderinin televiziya ilə xalqa müraciətindən narazı qalıb. Nümayişçilər arasında ümumxalq tətilinə, Prezidnt Sarayına yürüşə çağırışlar səslənir. Nümayişçilər “Rədd olsun Mübarək! Rədd ol! Rədd ol!” qışqırırlar. Meydandakı ordunu inqilaba qoşulmağa çağırırlar: “Ordu, seçim etmək vaxtı çatıb: rejim, yoxsa xalq!”.
Vitse-prezident Ömər Süleymanın meydandakı gəncləri evlərinə, iş başına və dərslərə qayıtmağa çağırması da nümyişçiləri razı salıb. Meydanda “Nə Mübarək, nə Süleyman! Onlar bir medalın iki üzüdürlər!” şüarları eşidilir. İnsanlar hakimiyyətin çağırışlarına əməl etmək niyyətində deyillər və Təhrir meydanında etirazlarını davam etdirməkdə qərarlıdırlar.
Xatırladaq ki, bu gecə televiziya ilə xalqa müraciət edən Misir prezidenti Hüsnü Mübarək Misir Konstitusiyasına uyğun olaraq, prezident səlahiyyətlərini müavini Ömər Süleymana versə də, prezident postunda bu ilin sentyabrınadək qalacağını bəyan edib. Sentyabrda Misirdə növbəti prezident seçkiləri keçirilməlidir.
DOSTLARINLA PAYLAŞ: