Qafqazda sülh bərqərar olunacaq
08 İyun 2012 Cümə 18:45
Abdulla Gül: “Türkiyə Azərbaycan torpaqlarının azad edilməsi üçün hər cür səy göstərir”
Qafqazda sülh bərqərar ediləcək, Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün hər cür səy göstərir. “Trend”in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Türkiyə prezidenti Abdulla Gül çıxış edib.
Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Qafqazda sülh bərqərar ediləcək və bütün problemlər unudulacaq.
"Biz Qafqazda sabitliyin yaradılması üçün hər şey edirik. Bu istiqamətdə bəzi addımlar hamıya məlumdur, bəziləri isə naməlumdur", - deyə o vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: