Qafqaz Müsəlmanları İdarəsi toy və yas mərasimləri ilə bağlı müraciət qəbul edib
13 İyul 2011 Çərşənbə 11:50
“Əksər halda toy və yas mərasimlərinin guya milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər, öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər”.
APA-nın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının müraciətində deyilir. QMİ sədrinin müavini Hacı Sabir Həsənlinin QMİ-də keçirilən dəyirmi masada oxuduğu müraciətdə toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılması, dəbdəbəli qəbirüstü abidələrin ucaldılması məsələlərinə də toxunulub.

“Xüsusilə Ramazan ayında iftardan əvvəl məscidlərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur. Bu mənada, biz Naxçıvan Muxtar Respublikasında son zamanlar yas mərasimlərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, başqa bölgələrimizdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaq”, - deyə müraciətdə bildirilir.

Qeyd edək ki, bu gün QMİ-də qeyd olunan mövzu ilə bağlı dəyirmi masa keçirilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar