Heç kim göz yaşınızı silməyəcək, səhvlərinizi bağışlamayacaq.
Kişi kollektivində işləmək bir çox qadının arzusudur. Amma bu mövzuda qadınlar həmişə illüziya yaradırlar.
1. Kişilər zərif cinsə həmişə kömək edəcəklər
Həqiqət: Əslində, kişi kollektivinə daxil olan kimi artıq kişilər üçün zərif cinsin nümayəndəsi olmursunuz. Heç kim göz yaşınızı silməyəcək, səhvlərinizi bağışlamayacaq, başağrınızın olmasını nəzərə almayacaq. Hətta sizə ağır cavab da verə bilərlər. Bu onların nəzakətsiz olduğundan yox, kişi kollektivində qaydaların (rəqabətin) belə olmasından irəli gəlir. Ona görə kişi kollektivində qadın zərif bənd yox, bərabərhüquqlu oyunçudur. Uduzmamaq üçün siz də düzgün oynamalısınız.
Xilas yolu komanda oyunçusu olmaqdır: futbol oynamağa çalışın, bu yolla kişi psixologiyasına bələd olacaqsınız: tez hərəkət etməyi, düşünməyi, vəziyyəti bir neçə addım əvvəlcədən görməyi və həmişə qol vurmağı unutmamağı öyrənəcəksiniz.
2. Gözəl paltar və makiyaj işdə irəliləməyə yardım edəcək
Həqiqət: Boşuna çalışıb-vuruşmayın. Kişilər işdə elə məşğul olurlar ki, sizin ətirinizin marka olub-olmamasını heç bilməyəcəklər də. Xırdalıqları görməmək kişi psixologiyasına xas xüsusiyyətdir. Bərbəzəkli koftalar, donlar kişiləri qıcıqlandıracaq. Belə geyimdə kostyumda olan kişilərə yad kimi görünəcəksiniz.
Xilas yolu düzgün geyinməkdir. Bir dəfə balet paltarı geyinib hokkey oynamağa çalışın. Reaksiyanı təsəvvür edirsiniz? Bax krujeva və bantlar kişilərdə eyni reaksiyanı yaradır. Ona görə qadının paltarında kişi geyiminin elementi olmalıdır: pencək, jilet və ya qalstuk.
3. Bir az səmimi olan kimi evlənmə təklif edəcəklər
Həqiqət: İş yerində özünə sevgili axtarmaq perspektivsiz işdir. Kişi kollektivində kimisə özünə bağlamaq çətin məsələdir. Bunun səbəbi sadədir: işdə uğur qazanmaq istəyən kişini ilk növbədə qadının işə nə qədər faydalı olması narahat edir. Əgər kiməsə göz-qaş etsəniz, sizi ağılsız hesab edəcək və tezliklə işdən də uzaqlaşdırmağa çalışacaqlar.
Xilas yolu işinin ustası olmaqdır. Göz-qaş etməkdənsə, ixtisasınıza görə biliyinizi artırmağa çalışın. Hətta ən qəddar kişi belə işinin peşəkarı qarşısında baş əyəcək.
4. Güclü cinslə mübarizədə qüvvətli olmaq lazımdır
Həqiqət: Siz əzələlərinizi möhkəmləndirə, qısa saç düzümü etdirə, hətta qalın səslə danışmağı öyrənə bilərsiniz, amma yenə də kişi kollektivinin bir üzvü ola bilməzsiniz. Çünki kişilər təxtəlşüurda anlayırlar ki, xanıma aqressiv obraz yaraşmır. Təsəvvür etməzsiniz, kişi davranış stili qadından nə qədər enerji aparır. Ona görə "dəmir ledini" gərgin əsəb, tez qocalma, kişilər tərəfdən neqativ münasibət və tənhalıq gözləyir.
Xilas yolu böyük "aktrisa" olmaq və cazibə qüvvənizdən istifadə etməkdir. Bir komandada işləmək bacarığından əlavə, qadın ilk növbədə xanım olduğunu unutmamalıdır. İş ondadır ki, qadınlar kəpənəklər kimi ətrafa ultrasəslərə bənzər flüidlər buraxır ki, buna da cazibə deyilir. Kişilər onu görməsə də, laqeyd qala bilmirlər. Futuroloqların proqnozlarına görə, XXI əsrdə kişi aləmində yalnız bir roldan başqasına rahat girən qadın-buqələmun sağ qalacaq. Situasiyadan asılı olaraq, həm müdrik, həm döyüşkən, həm də zərif qadın olmalısınız. Hansı situasiyada hansı rolu oynamanızı isə altıncı hissiniz sizə söyləyəcək.
5. Kişilərlə dostlaşmaq daha asandır
Ona müdirin necə pis adam olduğunu söyləsən və gözünün içinə baxaraq dünənki axşamı necə keçirdiyini soruşsan, onun simpatiyasına çevriləcəksən.
Həqiqət: Qadınlardan fərqli olaraq, kişilər özünütəsdiqi işdə tapırlar, buna görə dostluğa meyilli deyillər. İkincisi, onlar qadınların emosiyalarından ehtiyat edirlər. Kişilərdə belə stereotip formalaşıb: əgər qadın kədərini həddindən artıq emosional büruzə verirsə, deməli o, isteriyalı qadındır. Bu nə ilə bağlıdır: qadınlarda beynin emosiyalara cavabdeh olan sağ tərəfi daha çox inkişaf edib, kişilərdə isə sol "məntiqi" tərəf. Ona görə də qadın hisslərilə bölüşəndə kişi bir şey eşidir: "Problemimi həll et". Emosiyaları ustalıqla gizlətməyi biz kişilərdən öyrənməliyik.
Xilas yolu həmsöhbəti problemlərinizlə yükləmək və coşqun emosiya göstərmək lazım deyil. Sakitləşməyin əla yolu kart oynamaqdır. Müxtəlif oyunlar qadında məntiqi xüsusiyyətləri inkişaf etdirir ki, bunu da kişilər çox bəyənirlər. Elə mövzular var ki, qadınlar tərəfindən sevilir, kişilər tərəfdən isə əsla. Ona görə də əks cinsin nümayəndələrilə hər hansı yeməyin hazırlanma qaydasından, tibbi mövzulardan danışmayın.
6. Kobudluğa kobudluq
Əgər kişi kolleqa xanımın üstünə qışqırıbsa, ona o tərzdə də cavab vermək, ya da ağlamaq lazımdır, qoy utansın.
Həqiqət: Kişi kollektivinin yazılmamış qaydaları var: əgər səni bezdirirlərsə, deməli sən uduzmusan. Psixoloqlar qadın psixologiyasına xas bir xüsusiyyəti kəşf ediblər: qadınlar kişilərə nisbətən daha kinlidirlər. Bir-birilə dalaşan kişilər sonradan bunu unutsalar da, qadının hirsi keçmir. Əbəs yerə, bu, sinir hüceyrələrini öldürür və reputasiyaya pis təsir göstərir.
Xilas yolu ədəbsizi yerində oturtmaqdır. Heç bir halda özünüzdən çıxmayın. Sakit tonla cavab verin. Etiraz edəndə də sakit səslə edin, çünki kişilərdə eşitmə qabiliyyəti qadınlara nisbətən daha zəif olduğundan, o sizi eşitmək üçün səs tonunu aşağı salmağa məcbur olacaq. Sakitcə dayanın, bu priyom kişiləri də sakitləşməyə vadar edəcək.
7. Qadın işçi yaxşı ana olmalıdır
Həqiqət: Əlbəttə ki, dibçəyi sulamaq, hazırladığınız şirniyyata qonaq etmək, çirkli stəkanları yumaq - yaxşı işdir, buna görə sizə sağ ol deyəcək, hətta tərifləyəcəklər. Amma provokasiyalara getməyin: kişilər qəlblərinin dərinliyində əmindirlər ki, öz qayğısını göstərən qadın əvəzində nə isə tələv edəcək və ya məsuliyyətdən qaçacaq. Ona görə də kişi kollektivində evdar xanımı ikinci planda görür və ona, adətən monoton işlər tapşırırlar. Və ya sonunda katibə masasına göndərib qanuni əsaslarla hamıya dadlı qəhvə hazırlamasına göstəriş verirlər.
Xilas yolu cürətli olub analıq instinktini başqa sahəyə yönəltməkdir, məsələn, istedadı reallaşdırmağa. Televizor qarşısında boks yarışmasını izləyin. Təsəvvür edin ki, bir oyunçu daim başqasının arxasında gizlənir. Bu sizə necə təsir bağışlayar? Belə bir nəticəyə gələcəksiniz ki, kişi kollektivində özünə karyera qurmaq istəyən xanım cəsarətli olub riskə getməyi bacarmalıdır.
8. Kişilər məsləhətə görə qadına minnətdar olacaqlar
Həqiqət: "Bilirsən, Vəli, mən sənin yerində belə edərdim…", "Samir, sənə bir məsləhət vermək istəyirəm…", "Əkbər, sən yenə səhv elədin…". Qadın kişiləri səhv addımdan qorumağa çalışır, bu yolla analıq instinktini həyata keçirir. Amma Samir, Vəli, həm də Əkbər əsəbiləşirlər. Nanəciblər? Xeyr, sadəcə onlar məsləhət yerinə qadından bunu eşidirlər: "Siz oğlanlar heç nə bacarmırsınız". Qadın kolleqanın verdiyi istənilən məsləhəti onlar təhqir kimi qəbul edirlər. Əbəs yerə kişilər demirlər ki: "Qadına qulaq as, amma əksini et".
Xilas yolu tənqid etmək yox, tərifləməkdir. Bilməlisiniz ki, istənilən oyunçunun məqsədi mükafata sahib olmaqdır. Əgər məqsədiniz kişilərin sizin məsləhətlərinizə qulaq asmasıdırsa, onda kişiləri tərifləyin. Bu, güclü cins üçün əla psixoloji hazırlıqdır. O, həmişə sizin yanınıza məsləhət almağa gələcək.
9. Kİşi kollektivində işləmək qüvvət istəyir
Kişilər hər fürsətdə sizin xətrinizə dəyəcək, təhqir edəcək, üzərinizə qışqıracaqlar.
Həqiqət: Əslində, ilk gündən özünüzü necə göstərsəniz, elə də davam edəcək. İşinizi düzgün yerinə yetirib çətinliklərdən qorxmasanız, heç kim sizin üzərinizə qışqıra bilməz.
Xilas yolu kişi kollektivində oyun qaydalarını bilməkdir.
Kİşiləri qadın kollektivində nə əsəbləşdirir?
Qadının yüksəkdən gülməsi
Çox danışması
Qərar qəbul etməzdən əvvəl çox düşünməsi
Səhvlərini açıq-aşkar göstərməsi
Karyeradakı uğursuzluqlarını utanmadan söyləməsi
Kİşilər qadın kollektivində ən şox nəyi sevirlər?
Sağlam rəqabət ruhunu
Onların dahiliyinin etirafını
Riskə getmək bacarığını
Sonsuz özünəinamı
Təşəbbüskarlığı
ANSPRESS