Putinin qadağası postsovet ölkələrinə necə təsir edəcək?
15 Avqust 2010 Bazar 16:30
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Rusiyanın taxıl qadağasından narahat deyil.
Rusiya baş naziri Vladimir Putinin göstərişi ilə bu gündən ölkədən taxıl və ondan istehsal edilən məhsulların ixracına qadağa qoyulub. Putin qadağını quraqlıqla əlaqələndirərək, digər iri taxıl ixracatçıları olan Belarus və Qazaxıstana da analoji addım atmağı təklif edib.
Lakin Qazaxıstan hələlik bu təklifi dəstəkləməyib. Bu dövlətin Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, ölkədə hava yaxşı keçib, məhsul bol olub, ona görə də taxıl ixracına qadağa qoymağa ehtiyac yoxdur.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi isə Rusiyanın taxıl qadağasından narahatçılıq keçirmir. Nazirliyin şöbə müdiri Sabir Vəliyev bildirib ki, ölkənin taxıl ehtiyatı kifayət qədərdir. O deyib ki, ölkəyə 520 min ton taxıl idxal olunub, 2 milyon tonun da istehsalı nəzərdə tutulub. “İlin axırına kimi ehtiyatımız 900 min tona çatacaq. Biz əsasən Qazaxıstandan taxılı alırıq. Taxıl idxalının cəmi 13 faizi Rusiyadandır”, - deyə o vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: