Putin Xəzər regionu ilə bağlı Avropaya sərt mesaj göndərdi
08 İyun 2012 Cümə 17:47
“Moskva Xəzər dənizi ilə bağlı konsensussuz qəbul ediləcək qərarı legitim hesab etməyəcək”.
Rusiya prezidenti Vladimir Putin Rusiya-Avropa Birliyi sammitində bəyan edib ki, Moskva Xəzər dənizi ilə bağlı konsensussuz qəbul edilən istənilən qərarı legitim hesab etməyəcək. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Avropa Birliyinin TransXəzər qaz kəmərinin çəkilməsi ilə bağlı təkidli cəhdlərinə cavab olaraq Putin Xəzər dənizi ətrafında hüquqi vəziyyəti izah edib. O bildirib ki, Xəzər dənizinə aid istənilən qərarlar ancaq sahilyanı 5 ölkənin konsensusu ilə qəbul edilə bilər. Əks halda, bu, qeyri-legitim hesab ediləcək. Avropa Birliyi də bu məqamı nəzərə almaya bilməz”, - deyə Uşakov bildirib.
DOSTLARINLA PAYLAŞ: