Putin: SSRİ-nin dağılmasına yol vermək lazım deyildi
15 Dekabr 2011 Cümə Axşamı 17:00
İlk növbədə Sovet İttifaqında iqtisadi və təhsil islahatlarını vaxtında keçirmək lazım idi.
SSRİ-nin saxlanılması üçün ciddi cəhd göstərərək onun dağılmasına yol vermək lazım deyildi. ANS PRESS-in RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Vladimir Putin canlı efirdə vətəndaşların suallarını cavablandırarkən deyib.
“SSRİ zamanında hakimiyyətdə olsa idiniz, necə addım atardınız?” sualına belə cavab verib: “İlk növbədə Sovet İttifaqında iqtisadi və təhsil islahatlarını vaxtında keçirmək lazım idi. Bundan başqa dövlətin ərazi bütövlüyünü saxlamaq uğrunda mübarizə aparmaq lazım idi”,- deyə Vladimir Putin bildirib.
Xatırladaq ki, Rusiyanın baş naziri Vladimir Putin aparıcı Ernest Matskyaviçuvelinin verilişində vətəndaşların suallarını cavablandırıb.
DOSTLARINLA PAYLAŞ: